Türkiyədə tələbələr arasında dava - 3 nəfər yaralandı, 20-si saxlanıldı

turkiyede-telebeler-arasinda-dava
Oxunma sayı: 849

Türkiyədə Ankara Universitetinin nəzdində yerləşən Cebeci tələbə şəhərciyində müxalif olan iki qrup arasında dava olub.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb, 20 nəfər saxlanılıb. 

Əraziyə cəlb olunan polislər dava edən tələbələrə qarşı bibər qazından istifadə edərək qarşıdurmanı dayandırıblar.