Türkiyədə tələbələri daşıyan avtobus aşdı - 2 ölü, 27 yaralı

turkiyede-telebeleri-dasiyan-avtobus-asdi
Oxunma sayı: 1321

Türkiyənin Batman şəhərinin Sason rayonunda tələbələrlə tekstil fabriki işçilərini daşıyan avtobus 300 metrlik uçurumdan aşıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, səhər saatlarında baş verən qəza nəticəsində 2 nəfər həyatını itirib, 5-i ağır vəziyyətdə olmaqla 27 nəfər yaralanıb. Həlak olan iki nəfərin qardaş və tələbə olduqları müəyyən olunub.

Hadisə yerinə təcili yardım və xilasetmə qrupları cəlb olunub. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.