Türkiyədə təlim təyyarəsi düşdü - Yaralılar var

turkiyede-telim-teyyaresi-dusdu
Oxunma sayı: 993

Türkiyənin Afyonkarahisar şəhərində mülki təlim təyyarəsi Kocatepe Universiteti yaxınlığında düşüb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, təyyarədə olan iki nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Afyonkarahisar valiliyindən verilən açıqlamada, “Hava limanı komandanlığına aid “Cessna 172” tipli təlim təyyarəsi axşam saatlarında naməlum səbəbdən Afyon Kocatepe Universitetinin fermasına düşüb. Hər hansısa itki yoxdur” qeyd edilib.