Türkiyədə təlim təyyarəsi qəzaya düşdü

turkiyede-telim-teyyaresi-qezaya-dusdu
Oxunma sayı: 1343

Ankaranın Beypazarı bölgəsində təlim təyyarəsi qəzaya düşüb.

“Qafqazinfo” “Sabah” qəzetinə istinadən xəbər verir ki, qəza sınaq uçuşu zamanı baş verib.

Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasətmə qrupları cəlb olunub. Təyyarədə olan 2 pilotun paraşütlə tullanaraq xilas olduğu bildirilib.

Hadisə ilə əlaqədar araşdırmalar davam edir və qəzanın səbəbi araşdırmadan sonra müəyyən ediləcək.