Türkiyədə təlimdə olan hərbçilərimiz qayıtdı - Fotolar

turkiyede-telimde-olan-herbcilerimiz-qayitdi
Oxunma sayı: 1096

1-12 fevral tarixində Qars vilayətində “Qış-2021 Türkiyə-Azərbaycan ortaq hərbi təlimləri”ndə iştirak edən hərbçilərimiz bu gün vətənə yola salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin tvitter hesabında məlumat verilib.

“Azərbaycanla birlikdə keçirdiyimiz “Qış-2021” təliminə qatılan Azərbaycan Silahlı Qüvvələrindən olan qardaşlarımızı mərasimlə ölkələrinə yola saldıq”,- deyə paylaşımda qeyd olunub.