Türkiyədə Mardin vilayətinin Nusaybin bölgəsində güclü partlayış baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə PKK-lı terrorçuların hazırladığı əldəqayırma bombaların işə düşməsi nəticəsində baş verib. Güclü partlayış nəticəsində iki hərbçi həlak olub, üç nəfər isə yaralanıb.
Qeyd edək ki, 2015-ci ilin iyulunda kürd üsyançıları ilə toqquşmalarda 400-ə yaxın hərbçi və polis əməkdaşları həlak olub.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər