Türkiyədə terror aktı törədildi - Video+Yenilənib

turkiyede-terror-akti-toredildi
Oxunma sayı: 11593

Türkiyənin Hatay vilayətinin İskəndərun rayon mərkəzində terror aktı törədilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Fener prospektində polis şübhələndiyi avtomobili izləyərkən terrorçularla qarşıdurma yaşanıb. Bu zaman avtomobildə olan terrorçulardan biri üzərinə bağladığı partlayıcını işə salıb və bir nəfər polis işçisi yaralanıb. Hatay valisi Rahmi Doğanın məlumatına görə, digər terrorçunun axtarışları davam etdirilir. Bölgədə başqa terrorçuların olub-olmadığını araşdırmaq üçün genişmiqyaslı əməliyyata başlanılıb.

Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürmə və tibbi briqadalar cəlb olunub.

***

Keçirilən əməliyyat nəticəsində digər terrorçu da zərərsizləşdirilib

Bu barədə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu öz tvitter hesabında yazıb.