Türkiyədə terrorçular mikroavtobusa hücum etdi - Ölən və yaralananlar var

turkiyede-terrorcular-mikroavtobusa-hucum-etdi
Oxunma sayı: 705

Türkiyənin Hakkari rayonunun Şemdinli qəsəbəsində PKK terrorçuları təhlükəsizlik əməkdaşlarını daşıyan mikroavtobusu roketlə vurub.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, zərbə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisədən sonra ərazidə şiddətli atışma baş verib.

Dərhal hərbi hissələr məlumatlandırılıb. Ərazidə havadan dəstəkli geniş əməliyyat başlayıb.