Türkiyədə terrorçularla atışma - 1 polis öldü, 3-ü yaralandı + Fotolar

turkiyede-terrorcularla-atisma
Oxunma sayı: 1610

Diyarbəkirin Bağlar rayonunda martın 14-də axşam saatlarından etibarən terrorçularla polislər arsasında başlayan atışma hələ də davam edir.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçuların polislərin olduğu zirehli maşına raket atması nəticəsində 1 polis şəhid olub, 3 polis isə yaralanıb.

Yaralı polislərə kömək edən vətəndaşlardan isə 3 nəfər xəsarət alıb.