İstanbulda yağan dolu və güclü külək havada olan təyyarələr üçün təhlükə yaradıb.
“Qafqazinfo” “milliyet”ə istinadən xəbər verir ki, Atatürk limanından havaya qalxan “Atlasglobal” aviaşirkətinin təyyarəsi təcili eniş edib.
Göyərtəsində 121 sərnişin olan Airbus A320 təyyarəsi İstanbuldan Ercana getmək üçün havaya qalxsa da dolu səbəbindən geri Atatürk limanına dönməli olub.
Türk Hava Yollarına məxsus Airbus A321 isə ön şüşənin çatlaması və təyyarənin burnunda əmələ gələn zədə səbəbində Çanaqqalada qəza enişi etməli olub. Hadisə zamanı təyyarənin göyərtəsində 183 sərnişin olub.







Son xəbərlər
Son Xəbərlər