Türkiyədə tviter sosial şəbəkəsinə girişdə problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “CNN Türk” yayıb.
Məlumata görə, Bakı vaxtı ilə 17:00-dan etibarən Türkiyədə sözügedən sosial şəbəkənin işində ləngiləmələr qeydə alınıb.
Problemlə bağlı yaxın dəqiqələrdə rəsmi məlumatın veriləcəyi gözlənilir.