Türkiyədə üç ardıcıl zəlzələdə 28 evə ziyan dəyib

turkiyede-uc-ardicil-zelzelede-28-eve-ziyan-deyib
Oxunma sayı: 3128

Türkiyənin Hakkari vilayətinin Yüksekova bölgəsində dünən baş verən 3 ardıcıl zəlzələ bir sıra fəsadlar törədib. 

“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində 28 ev və 1 təsərrüfat obyektində böyük çatlar yaranıb. 

Təbii fəlakət zamanı xəsarət alanlar olmayıb. 

Qeyd edək ki, Yüksekovada 3,5, 4,4 və 4,5 bal gücündə 3 zəlzələ baş verib.