Türkiyədə varlı kişiləri “tora salan” azərbaycanlı qadınlar tutuldu

turkiyede-varli-kisileri-tora-salan-azerbaycanli-qadinlar-tutuldu
Oxunma sayı: 2745

Türkiyənin Yalova şəhərində varlı kişiləri tora salaraq onlarla evlənən və fahişəlikdə şübhəli bilinən azərbaycanlı qadınlar həbs edilib.

“Qafqazinfo” "Hürriyet"ə istinadən xəbər verir ki, ümumilikdə 17 nəfər saxlanılıb. Onlardan 14-ü qadın, 3-ü kişidir. Qadınlar 60-75 yaşlı kişiləri evliliyə razı salaraq Türkiyədə yaşamaq icazəsi alıb, daha sonra isə fahişəliklə məşğul olublar.

Saxlanılanlar dindirildikdən sonra məhkəməyə göndəriliblər.