Türkiyədə vətəndaşlara pulsuz internet verildi

turkiyede-vetendaslara-pulsuz-internet-verildi
Oxunma sayı: 1293

Türkiyənin “Turkcell”, “Vodafone” və “Türk Telekom” mobil operatorları Elazığ şəhərində baş verən güclü zəlzələdən sonra orada yaşayan vətəndaşlara pulsuz internet və danışıq dəqiqələri verib.  

“Qafqazinfo” bildirir ki, bu barədə hər üç mobil operator Tvitterdə yazıb. Onlar bu addımı zəlzələ ərazisində olan müştərilərinin bir-biriləri ilə rahat əlaqə saxlamaları məqsədi ilə atıb.

Qeyd edək ki, ən son məlumata görə, zəlzələ nəticəsində 4 nəfər ölüb, 80-dən çox insan yaralanıb.