Türkiyədə vəzifəli şəxs koronavirusa yoluxdu

turkiyede-vezifeli-sexs-koronavirusa-yoluxdu
Oxunma sayı: 2797

Türkiyənin Kırklareli şəhər valisi Osman Bilgində koronavirus aşkarlanıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə valiliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. Qeyd edilib ki, Bilginin Covid-19 testi pozitiv çıxıb.

Hazırda vali qaldığı iqamətgahda özünü 14 günlük izolyasiya edib və işlərini oradan idarə edəcək.