Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Əskişəhərdə keçirilən festivalda Əskişəhər Azərbaycanlılar Dərnəyi Azərbaycan guşəsi yaradaraq çox sayda vizual materiallar, kitablar, bukletlər, milli suvenirlər, Azərbaycanın milli geyimlərini nümayiş etdirib.
Festival zamanı Azərbaycanlı tələbələrin ifasında milli musiqi və rəqslər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda dərnək tərəfindən Azərbaycan stendində yazıçı Ali Ekincielin “Qarabağ gündəliyi” kitabının təqdimatı keçirilib.
Son xəbərlər
Son Xəbərlər