Türkiyədə virusdan ölənlərin sayı 500-ü ötdü

Türkiyədə virusdan ölənlərin sayı 500-ü ötdü
Oxunma sayı: 1779

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı 20 921-dən 23 934-ə, ölənlərin ümumi sayı 425-dən 501-ə yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

“Bu gün 19 644 test edilib, 3 013 yeni yoluxma halı qeydə alınıb, ümumilikdə 23 934 nəfər yoluxub. Biz bu gün 76 pasiyentimizi itirdik, ümumi 501 nəfər vəfat edib. Bu gün 302 nəfər sağalıb, ümumilikdə 786 pasiyent”, - Qoca Tvitterdə yazıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək bütün dünyada 1 milyondan çox yoluxma, 60 mindən çox ölüm halı qeydə alınıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi