Türkiyədə xəstəxanada atışma - Yaralananlar var

turkiyede-xestexanada-atisma
Oxunma sayı: 2272

Türkiyənin Rize Dövlət Xəstəxanasında gecə saatlarında atışma baş verib.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, insident nəticəsində 5 nəfər yaralanıb.

Belə ki, təxirəsalınmaz yardım şöbəsinə daxil olan naməlum şəxs tapançadan atəş açmağa başlayıb. Polis, jandarm, tibb işçisi və xəstəxananın iki pasiyenti güllə yarası alıb.

Növbətçi tibb işçiləri xəsarət alanlara ilkin tibbi yardım göstərib, sonra onlar hospitalizə edilib, həyatları təhlükə altında deyil.

Hücumdan sonra gizlənməyə cəhd edən cinayətkar saxlanılıb.

İlkin məlumata görə, insidentə səbəb atəş açanın yaralananlardan biri ilə aralarında olan şəxsi münasibətlər olub.

Hadisə yerində 10-dan çox boş giliz aşkarlanıb.

Faktla bağlı istintaq aparılır.