Türkiyədə xəstəxanada yanğın - Xəstələr təxliyyə edildi

turkiyede-xestexanada-yangin-
Oxunma sayı: 1022

Ankarada “Numune” tədris və tədqiqat xəstəxanasında güclü yanğın baş verib.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, xəstəxananın “B” bolokunun çardağında şiddətlənən alovun söndürülməsi üçün əraziyə çox sayda yanğınsöndürən cəlb olunub.

Yüzdən artıq xəstənin başqa bloklara köçürüldüyü bildirilir. Hələlik yanığının baş vermə səbəbi açıqlanmır. İlkin məlumata görə, ölən və yaralanan yoxdur.