Türkiyədə keçirilən xüsusi əməliyyat zamanı İŞİD-in məsul şəxslərindən biri həbs edilib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Elazığ bölgəsində aparılan əməliyyatlarda bir müddət əvvəl Suriyadan gələn və İŞİD üzvü olduqları iddia edilən 7 nəfər saxlanılıb. İŞİD-in məsul şəxslərindən biri olduğu deyilən F.Ş-nin terror təşkilatının Suriyadakı edamlarını həyata keçirdiyi bildirilib. Əməliyyat keçirilən ünvanlarda aparılan axtarış zamanı çox sayda təşkilati proqram ələ keçirilib.
Son xəbərlər
Son Xəbərlər