Türkiyədə yağ deposunda partlayış olub

turkiyede-yag-deposunda-partlayis-olub
Oxunma sayı: 934

Türkiyədə Eskişehirde yağ depolarından birində partlayış baş verib.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində güclü yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər, çoxsaylı polis, təcili tibii yardım avtomobilləri cəlb olunub.

Yanğın söndürülüb, xəsarət alan yoxdur.

Partlayışın baş vermə səbəbləri araşdırılır.