Türkiyədə yanğın faciəsi - 5 ölü, 11 yaralı

turkiyede-yangin-faciesi
Oxunma sayı: 911

Ankara şəhərinin Altındağ rayonunda tərk edilmiş yaşayış binalarından birində güclü yanğın baş verib. “Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 11 nəfər xəsarət alıb. 

Hadisə yerinə polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.

Binada Əfqanıstan vətəndaşlarının yaşadığı bildirilir.