Türkiyədə yanğınlarla bağlı daha bir həbs

turkiyede-yanginlarla-bagli-daha-bir-hebs
Oxunma sayı: 1874

Antalyanın Akseki rayonunda meşə yanğını törətmək iddiası ilə saxlanılan şəxs həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Rayon Prokurorluğundan bildirilib ki, bu, Aksekinin Kepezbelen bölgəsində yanğın çıxaran A.Y.-dir.

Ona qarşı “qəsdən meşə yanğınına səbəb olma” ittihamı irəli sürülüb.