Terrorçulara qarşı “Zeytun budağı” adlı əməliyyatın keçirildiyi Suriyanın Afrin bölgəsindən Hatay rayonunun Reyhanlı qəsəbəsinə daha 2 raket atılıb.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, mərmilər qəsəbənin mərkəzindəki Jandarma binasının yaxınlığına düşüb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Lakin, ətrafdakı bəzi avtomobillər yararsız hala düşüb.
Xatırladaq ki, 21 yanvarda Kilis şəhərinin mərkəzinə 4, Hatay rayonunun Reyhanlı qəsəbəsinə isə 3 raket atılmışdı. Hücumlar nəticəsində 1 nəfər ölmüş, 47 nəfər yaralanmışdı.
Dünən Kilisə atılan 2 raket zərbəsi nəticəsində isə 2 nəfər ölüb, 11 nəfər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər