Türkiyədə yay tətilində təhsil qismən davam etdiriləcək - Yenilənib

turkiyede-yay-tetilinde-tehsil-qismen-davam-etdirilecek
Oxunma sayı: 8410

Türkiyədə universitet və məktəblərdə yay tətilində tədris davam etdiriləcək.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilmiş qərara əsasən, bununla da Covid-19 pandemiyası səbəbindən təxirə salınan dərslər əvəzlənəcək.

Müəllimlərin 2 aylıq yay tətili də qısaldılacaq.

***

Türkiyənin Təhsil naziri Ziya Səlcuq TBMM-də qəbul edilən "Təhsilin kompensasiya edilməsi nizamnaməsi" ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, nizamnamə qismən və sürətləndirilmiş təhsil müddətini nəzərdə tutur, bütün yay tətilini əhatə etməyəcək. 

"Uşaqlarımızın yay tətilini doyunca keçirəcəklərinə ümid edirik", - deyə nazir bildirib.