Türkiyədə yenə zəlzələ oldu

turkiyede-yene-zelzele-oldu
Oxunma sayı: 1443

Türkiyənin Ordu şəhərində 4 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, təkanlar Korqan rayonunda qeydə alınıb.

Zəlzələnin dərinliyi 7,06 kilometr olub.  

Xatırladaq ki, ötən gün Vanda 3,6 bal gücündə zəlzələ baş vermişdi.