Türkiyədə yenə zəlzələ oldu, əhali küçələrə axışdı - Fotolar

turkiyede-yene-zelzele-oldu-ehali-kucelere-axisdi
Oxunma sayı: 2051

Türkiyənin Bolu şəhərində 3,6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar 7 dekabr saat 01:36-da Kızılağıl kəndində qeydə alınıb.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində yerləşib.

Dağıntılar və xəsarət alanlar olmayıb. Vətəndaşların əksəriyyəti qorxudan Hökumət Meydanına toplaşaraq gecəni orada keçiriblər.