Türkiyədə yeni aşkarlanan yatağın qazı belə test edildi - Video

turkiyede-yeni-askarlanan-yatagin-qazi-bele-test-edildi
Oxunma sayı: 1829

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez yeni kəşf edilən “Amasra-1” təbii qaz yatağından əldə edilən qazın yanmasını test edib.

“Qafqazinfo” xəbər verir ki, nazir bununla bağlı tvitter hesabında paylaşım edib.

“Qara dənizdəki ikinci kəşfimiz “Amasra-1” quyusundan çıxan təbii qaz mühəndislərimizin əlində enerjiyə çevrildi. Kəşfimizin alovu Türkiyəmizin gecələrini daha aydın, qışlarını daha isti, sənayesini daha güclü edəcək”, - nazir bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 4-də “Fatih” qazma gəmisinin “Amasra-1” quyusunda 135 milyard kubmetr həcmində qaz ehtiyatı kəşf etdiyini açıqlamışdı.