Türkiyədə yeni təbii qaz yatağı kəşf edilib.
“Qafqazinfo” xəbər verir ki, bunu bu gün Zonquldakda Fiyos Limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Fatih” qazma gəmimiz “Amasra-1” quyusunda 135 milyard kubmetr həcmində qaz ehtiyatı kəşf edib”.
Qeyd edək ki, sözügedən gəmi bir müddət əvvəl Qara dənizdə 405 kubmetrlik nəhəng yataq aşkarlamışdı.
Xatırladaq ki, “Bloomberg” bundan əvvəl Türkiyənin Qara dənizdə yeni yataq kəşf etdiyini yazmışdı.
Son xəbərlər
Son Xəbərlər