Türkiyədə yerli vaksinin hazırlanmasının ikinci fazası başladı

turkiyede-yerli-vaksinin-hazirlanmasinin-ikinci-fazasi-basladi
Oxunma sayı: 774

“Yerli vaksinin hazırlanması üçün işlərin ikinci fazası bu gün başlayıb. İşlər Ərciyəs Universitetində aparılır”.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca dilə gətirib.

O qeyd edib ki, bir həftə - 10 gün içərisində üç yeni vaksinin birinci fazası üçün icazə veriləcək.

“Yerli vaksinin hazırlanması üçün üçüncü fazaya aprel ayı və daha sonra başlamış olacağıq”, - nazir əlavə edib.