Türkiyədə yoluxanların sayı kəskin azaldı

turkiyede-yoluxanlarin-sayi-keskin-azaldi
Oxunma sayı: 4525

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 339 nəfər pandemiyanın qurbanı olub.

Sutka ərzində 281 min 183 koronavirus testi aparılıb, onlardan 40 min 596-sı müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 511-dir.

52 min 297 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 22 min 408-ə yüksəlib.