Türkiyədə yoluxanların sayı kəskin azaldı

turkiyede-yoluxanlarin-sayi-keskin-azaldi
Oxunma sayı: 2579

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 304 nəfər pandemiyanın qurbanı olub.

Sutka ərzində 253 min 382 koronavirus testi aparılıb ki, bunun da 22 min 388-I müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 378-dir.

Bu gün 37 min 298 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 626 min 799-a çatıb.

Qeyd edək ki, Türkiyədə tam qapanmaya keçiddən sonra yoluxma və ölüm sayındakı azalma diqqət çəkib.