Türkiyədə yoluxma sayı artır

Türkiyədə yoluxma sayı artır
Oxunma sayı: 1446

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə - 6017 nəfər artıb.  

“Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində 139 nəfər COVID-19-un qurbanı olub.

Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 12 358-ə, yoluxanların sayı isə 446 622-yə çatıb. Ağır xəstələrin sayı 4 217 nəfər təşkil edir.