Türkiyədə yoluxma sayında azalma

turkiyede-yoluxma-sayinda-azalma
Oxunma sayı: 2069

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 347 nəfər pandemiyanın qurbanı olub.

Sutka ərzində 260 min 280 koronavirus testi aparılıb, onlardan 38 min 553-ü müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 590-dır.

51 min 236 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 73 min 644-ə yüksəlib.