Türkiyədə yoluxma və ölüm sayında yenidən azalma

turkiyede-yoluxma-ve-olum-sayinda-yeniden-azalma
Oxunma sayı: 1475

Türkiyədə son sutka ərzində koronavirusdan 169 nəfər dünyasını dəyişib, 921-i simptomatik olmaqla 8314 pasiyent "COVID-19" xəstəsi kimi qeydiyyata alınıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə "COVID-19"dan ölənlərin sayı 23664-ə, bu virusa yoluxanların sayı isə 2 373 115-ə çatıb.

Ümumilikdə 27 milyondan çox test aparılıb.