Türkiyədə zavod yanır - Video

turkiyede-zavod-yanir
Oxunma sayı: 3596

Türkiyənin İstanbul şəhərində zavodların birində güclü yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, hadisə Tuzla rayonundakı avtomobil ehtiyat hissələri istehsal edən zavodda qeydə alınıb.

Yanğının baş vermə səbəbi açıqlanmayıb. Hazırda əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.