Türkiyədə zəlzələ baş verdi

turkiyede-zelzele-bas-verdi
Oxunma sayı: 2112

Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

Bildirilib ki, Manisanın Soma rayonunda yerli saatla 14.55-də 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ yerin təxminən 10,84 kilometr dərinliyində baş verib.

Ətraf əyalətlərdə də hiss olunan zəlzələdən təxminən 1 dəqiqə sonra 3,8 bal gücündə ikinci təkan qeydə alınıb.