Türkiyədə zəlzələ insanları qorxuya saldı - Video

turkiyede-zelzele-insanlari-qorxuya-saldi
Oxunma sayı: 2176

Türkiyənin Sakarya şəhərində 4,7 bal gücündə zəlzlələ olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, saat 17:08-də meydana gələn təkanlar qorxu və təlaşa səbəb olub.

Vətəndaşlar küçələrə axışıb. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat olmayıb.