Türkiyənin Adana vilayətinin Ceyhan bölgəsində 3,8 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla 01:09-da baş verib. Təkanlar yerin 7,09 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntı və xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Son xəbərlər
Son Xəbərlər