Türkiyədə zəlzələ oldu

turkiyede-zelzele-oldu
Oxunma sayı: 1320

Türkiyənin Malatya vilayətində 4.5 bal gücündə zəlzələ baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:04-də qeydə alınıb. Ocağı yerin 15.05 kilometr dərinliyində olan zəlzələnin episentri Malatyanın Hekimhan rayonudur.

Fəsadlar barədə hələlik açıqlama verilməyib.