Türkiyədə zəlzələ olub

turkiyede-zelzele-olub
Oxunma sayı: 1880

Türkiyənin Manisa əyalətində 3,6 bal gücündə zəlzələ olub.

“Qafqazinfo”nun türk mətbuatına istinadən məlumatına görə, insident yerli saatla 20:45 radələrində baş verib. Yeraltı təkanların episentri Qırxağac rayonunda, ocağı isə 1,4 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.