Türkiyədə zəlzələ olub

turkiyede-zelzele-olub
Oxunma sayı: 1305

Türkiyənin Malatya əyalətində 4,9 bal gücündə zəlzələ olub.

“Qafqazinfo”nun “Sözcü”yə istinadən məlumatına görə, Bakı vaxtı ilə saat 03:03 radələrində qeydə alınan yeraltı təkanların episentri Pütürgə rayonunda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Şanlıurfa, Elazığ, Diyarbəkir, Qəhrəmanmaraş, Adıyaman və ətraf əyalətlərdə hiss olunub.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.