Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub
Oxunma sayı: 1288

Türkiyənin qərbində 4,5 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Dənizli şəhərindən 83 kilometr cənubda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.