Türkiyədə zəlzələ qurbanlarının sayı yenə artdı

turkiyede-zelzele-qurbanlarinin-sayi-yene-artdi
Oxunma sayı: 2713

Ötən gün Türkiyənin Elazığ rayonunun Sivricə əyalətində baş vermis zəlzələdə ölən və xəsarət alanların sayı daha da artıb. “Qafqazinfo”nun “Haberler.com”a istinadən məlumatına görə, indiyədək 29 nəfər ölüb, 1466 nəfər xəsarət alıb.

Dağıntılar altından çıxarılanların da sayında artım var. Türkiyənin Fövqəladə Vəziyyətlər və Təbii Fəlakətlər üzrə İdarəsinin (AFAD) verdiyi məlumata görə, indiyədək 43 nəfər xilas olunub.