Türkiyədə zəlzələdə 41 nəfər ölüb - Yenilənib

turkiyede-zelzelede-41-nefer-olub
Oxunma sayı: 1469

Türkiyənin Elazığ şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 40-a çatıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sürsürü məhəllləsində qazıntılar zamanı daha bir nəfərin cansız bədəni tapılıb.

Xatırladaq ki, yanvarın 24-də baş verən 6,8 ballıq zəlzələ nəticəsində 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.

***

Türkiyədə dağıntılar altında qalmış sonuncu şəxsin də meyiti çıxarılıb. Bununla da zəlzələdə ölənlərin sayı 41-ə çatıb.

Eyni zamanda axtarış-xilasetmə işləri yekunlaşıb.