Zəlzələdə ölənlərin sayı 20 mini ötdü - Yenilənib

zelzelede-olenlerin-sayi-20-mini-otdu
Oxunma sayı: 17507

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 12 mini ötüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.

Məlumata görə, həlak olanların sayı 12 391 nəfərə çatıb. Yaralıların sayı isə 62 914 nəfərə yüksəlib.

***

Zəlzələdə ölənlərin sayı 12 873, yaralıların sayı isə 62 937 nəfərə çatıb.

***

Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, həlak olanların sayı 14 014 nəfərə çatıb. Yaralıların sayı isə 63 794 nəfərə yüksəlib. 

***

Türkiyədə həlak olanların sayı 14 351 nəfərə yüksəlib. 

***

Ərdoğan həlak olan və yaralılarla bağlı yeni sayı açıqlayıb.

Onun sözlərinə görə, həlak olanların sayı 16 170, yaralıların sayı isə 64 194 nəfərə çatıb.

***

Türkiyə Prezidenti həlak olan və yaralılarla bağlı yeni sayı açıqlayıb.

Onun sözlərinə görə, həlak olanların sayı 16 546, yaralıların sayı isə 66 132 nəfərə çatıb.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 134, yaralananların sayı isə 70 347 nəfərə çatıb. 

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 674, yaralananların sayı isə 72 879 nəfərə çatıb. 

***

Təbii fəlakət nəticəsində həlak olanların sayı 20 318, yaralananların sayı isə 91 511 nəfərə çatıb.

Bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Həmçinin oxuyun: Yelo Bank сделал пожертвования в Турцию без комиссии