Türkiyədə zəlzələdə ölənlərin sayı 24 mini ötdü

turkiyede-zelzelede-olenlerin-sayi-24-mini-otdu
Oxunma sayı: 4022

Türkiyədəki zəlzələlərdə həlak olanların sayı 24 min 617-yə yüksəlib.

“Qafqazinfo” TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay açıqlama verib.

F.Oktay 32 min 71 nəfərdən ibarət qrupların axtarış-xilasetmə işlərini davam etdirdiklərini vurğulayıb.

O, paralel şəkildə həlak olanların dəfn proseslərinin aparıldığını qeyd edib.