Türkiyədə zəlzələdə ölənlərin sayı 38-ə çatdı - Yenilənib

turkiyede-zelzelede-olenlerin-sayi-38-e-catdi
Oxunma sayı: 1588

Türkiyənin Elazığ şəhərində baş vermiş zəlzələdə ölənlərin sayı artıb.

"Qafqazinfo" xəbər verir ki, son məlumata görə, günorta saatlarında daha bir nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Bununla da ölənlərin sayı 36-ya çatıb.

Qeyd edək ki, yanvarın 24-də baş verən 6,8 ballıq zəlzələ nəticəsində 1607 nəfər yaralanıb. Onlardan 9-u reanimasiyaya yerləşdirilib.

***

Elazığda baş vermiş güclü zəlzələdən sonra xilasetmə işləri davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, dağıntılar altından daha iki nəfərin cansız bədəni çıxarılıb. Zəlzələdə ölənlərin sayı 38-ə yüksəlib.