Türkiyədə zəlzələdə ölənlərin sayı 6 minə çatır - Yenilənib

turkiyede-zelzelede-olenlerin-sayi-6-mine-catir
Oxunma sayı: 11545

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 3000-i ötüb.

“Qafqazinfo” Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir ki, ölənlərin sayı 3381 nəfərə çatıb.

Yaralıların sayı isə 20 426 nəfərə yüksəlib. Məlumata görə, ölkədə zəlzələ nəticəsində 5775 bina dağılıb.

Həmçinin oxuyun: Французы против реформы Макрона - La Dépêche

***

Türkiyənin vitse-prezidenti Fuat Oktayın sözlərinə görə, zəlzələ nəticəsində həlak olanların sayı 3419 nəfərə çatıb: “Yaralıların sayı isə 20 534 nəfər təşkil edir. Dağıntılar altından 8 mindən çox insan çıxarılıb”.

***

AFAD-ın məlumatına görə, həlak olanların sayı 3432, yaralıların sayı isə 21 103 nəfərə çatıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirdiyi brifinqdə 3549 nəfərin həlak olduğunu açıqlayıb. O bildirib ki, 22 168 nəfər xəsarət alıb.

***

Zəlzələdə ölənlərin sayı 3703-ə, yaralıların sayı isə 22 286-ya çatıb.

***

Zəlzələdə ölənlərin sayı 4544-ə çatıb. Yaralıların sayı isə 26 721-dir.

***

Zəlzələdə ölənlərin sayı 5434 nəfərə, yaralıların sayı isə 31777 nəfərə çatıb.

***

Zəlzələdə ölənlərin sayı 5894 nəfərə, yaralıların sayı isə 34810 nəfərə çatıb.