Türkiyədə Şimali Mərmərə avtomobil yolunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, 7 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza yaranıb. Onlar arasında 3 avtobus və 1 yük avtomobili də olub.
Nəticədə 10 nəfər həlak olub, daha 54 nəfər isə yaralanıb. Qəza səbəbindən İstanbul istiqamətində hərəkət dayanıb.